BURADA REKLAMINIZ OLA
BİLƏR

Medianın İnkişafı Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi - FOTO

İyulun 8-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Yüksəliş” müsabiqəsinin qalibləri Ruslan Mirzəliyev, Orxan Qazı Zadə, Elçin Mirzəzadə ilə görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, görüşdə yüksək idarəetmə və liderlik keyfiyyətlərinə malik kadrların fərdi inkişafının dəstəklənməsi və perspektiv rəhbər şəxslərin peşəkar səriştə və idarəçilik təcrübələrinin artırılmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Əhməd İsmayılov qaliblərə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, media islahatları çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

 

Media sahəsində qaliblərin fikirlərini dinləyən Əhməd İsmayılov onların mediaya dair məsələlərlə bağlı suallarını cavablandırıb, yeni təkliflər haqqında fikir mübadiləsi aparıb.

Fotoları təqdim edirik
Tarix: 8 İyul 2022, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin