BURADA REKLAMINIZ OLA
BİLƏR

Mənzil seçimi zamanı eyni İP ünvanlardan istifadə edilib

“14 aprel 2022-ci ildə qeyd olunan məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanılıb”.

 

Pravda.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova "Təqsirləndirilən şəxslər tərəfindən mənzillərin qanunsuz yolla əldə edilməsi hansı sübutlar əsasında öz təsdiqini tapır?" sualına cavabında deyib.

 

O bildirib ki, araşdırma nəticəsində çoxsaylı istintaq hərəkətləri və prosessual tədbirlər həyata keçirilib: “Bir çox hallarda mənzil seçimi prosesini faktiki olaraq adları keçən şəxslərin özləri deyil, informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan şəxslər və kiberproqramlardan istifadə edilərək mənzil seçiminin reallaşdırılması təsdiqini tapıb. Buna misal olaraq bizim hazırkı cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunmuş təqsirləndirilən şəxslərə məxsus eyni İP ünvanlardan bir anda bir neçə mənzil seçimi üçün müraciət etmə faktı müəyyən edilib”.

 

Günel Hüseynova qeyd edib ki, bu faktla bağlı İstintaq baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı istər təqsirləndirilən şəxslər, istərsə də adlarına seçim edilmiş şəxslər kifayət qədər mötəbər faktlar verib: “Bundan başqa, istintaq texniki imkanlardan istifadə edərək təqsirləndirilən şəxslər tərəfindən müəyyən kompüter proqramlarının dəyişdirilməsinə və digər formada müdaxilə edilməsini təmin edəm kiberproqramlar və kiberhücumların izləri müəyyən edilib. Əlavə olaraq, daha az müddətə mənzil seçiminin mümkünlüyü DTX-nin İstintaq baş idarəsi tərəfindən araşdırılıb. İstintaq eksperimentinin nəticəsi olaraq kifayət dəlillər əldə olunub”.

Tarix: 8 İyul 2022, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin