BURADA REKLAMINIZ OLA
BİLƏR

“Manatın qara bazarlarda ucuzlaşmasından ən çox itirən Mərkəzi Bank olacaq”

“Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları ABŞ dollarının nağd satışını dayandırıb və ya məhdudlaşdırıb. Bu yolverilməzdir. Odur ki, Mərkəzi Bank kommersiya banklarını müştərilərinin tələblərini ödəmək üçün lazım olan qədər valyuta ilə dolğun və vaxtında təmin etməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

 

“Əks təqdirdə vəziyyətin belə davam etməsi qara valyuta bazarlarının və dolların qarşısında manatın yeni məzənnəsinin yaranmasına gətirib çıxaracaq. Bu halda manatın qara bazarlarda ucuzlaşmasından ən çox itirən banklar və Mərkəzi Bank olacaq” – Q.İbadoğlu qeyd edib.

Tarix: 11 Mart 2020, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin