BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda fantastik qiymətə kirayə bağ evləri var - VİDEO

Aylıq ödənişi 25-30 min manat və daha artıq olan kirayə bağ evləri və villalar..

 

Müxtəlif saytlarda xeyli sayda belə elanlara rast gəlmək mümkündür. Belə obyektlər əsasən də Bakıətrafı kənd və qəsəbələrdə yerləşir. Bəs kirayə qiymətlərinin yüksək olmasına səbəb nədir ? 

 

Aylıq ödənişi 28 və 30 min manat olan villalarla bağlı elan yerləşən rieltorlarla əlaqə saxladıq. Qeyd edildi ki, adətən belə obyektləri böyük şirkətlər kirayələyirlər. Yüksək qiymətə təklif edilən bağ evləri və villaların şəraiti tam fərqlidir.

 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu cür elanlar daha çox pandemiyadan sonra paylaşılmağa başlayıb.

 

Ekspert hesab edir ki, sözügedən bağ evlərinin infrastrukturu yüksək qiyməti şərtləndirən əsas amildir.

 

Ramil Osmanlı əlavə edib ki, böyük və komfortlu bağ evlərinin qiymətində 2-3 dəfəyə yaxın artım müşahidə olunur.

 

 

 
Tarix: 9 İyul 2022, 07:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin