BURADA REKLAMINIZ OLA
BİLƏR

“Park Bulvar”da insident

“Park Bulvar” ticarət mərkəzində yerləşən restoranlardan birində işləyən şəxs müdiri tərəfindən döyülməsi barədə polisə müraciət edib.

 

Pravda.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə şikayət edən 1991-ci il təvəllüdlü K.B müdirinin ona qarşı fiziki zorakılıq etdiyini bildirib.

 

O, qeyd edib ki, işlədiyi restoranın rəhbəri, İran vətəndaşı 1969-cu il təvəllüdlü H.Kazemi xuliqanlıq zəminində onu döyərək xəsarətlər yetirib.

 

İlkin araşdırmalar zamanı barəsində şikayət edilən iranlı iş adamının 1994-cü ildən Bakıda yaşaması və restoran biznesi ilə məşğul olması müəyyən edilib.

 

Şikayətlə bağlı araşdırmalar davam etdirilir.

Tarix: 9 İyul 2022, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin