BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB məlumat yaydı

Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən “Mirvari park” yaşayış kompleksində qeydə alınan yanğında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları tərəfindən 9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospital olunub.

 

TƏBİB-dən verilən məlumata görə, eyni diaqnozla 7 nəfərə yerində yardım olunub.

 

Eyni zamanda, 4 nəfərə stressə qarşı reaksiya üzrə, 1 nəfərə təpə nahiyəsinin əzilmiş yarası ilə yerində yardım olunub.

 

Ümumilikdə 9 nəfər hospital olunub, 12 nəfərə yerində yardım olunub.

Tarix: 10 İyul 2022, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin