BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN "Tarqovı"dakı hadisə ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub.

 

Pravda.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

Tarix: 12 İyul 2022, 00:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin