BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir nəfərin ölümü, 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi davanın təfərrüatı

Tovuzda kütləvi dava zamanı baş verən qətlin bəzi təfərruatları məlum olub.

 

Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu ilə mübahisəsi düşüb.

 

Mübahisəyə 35 yaşlı Vəliyev Nizami də qarışıb. İlkin məlumata görə N.Vəliyev digər şəxslərə nalaiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurub. Soncu hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı Əhmədov Vüsal və Tağıyev Anar da bıçaq xəsarətləri alıb.

 

Hazırda Vüsal və Anar polis nəzarətindədir.

 

APA

Tarix: 12 İyul 2022, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin