BURADA REKLAMINIZ OLA
BİLƏR

Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsə cəza istənildi

AXCP funksioneri Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Əsgər Ağazadənin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadə saxlanılıb. Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan olunub.

Tarix: 13 İyul 2022, 18:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin