BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda qəzada 5 nəfər xəsarət aldı

Sumqayıtda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Pravda.az-ın məlumatına görə, qəza Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində - Sumqayıt Texnologiyalar Parkının yaxınlığında qeydə alınıb.


Hərəkətdə olan ağırtonajlı avtomobil “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


APA

Tarix: 13 İyul 2022, 21:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin