BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağciyər Xəstəlikləri İnstitutunda daha iki nəfər öldü

Dünən Bakıda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə nəticəsində iki 1986-cı və 1999-cu il il təvəllüdlü iki qadın dünyasını dəyişib.

 

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB)  faktı təsdiqləyib.

 

Bildirilib ki, 10.03.2020-ci tarixdə baş vermiş ölüm hadisələri haqqında məlumat: "1. Xəstə ... qızı 1986-cı il təv. ETACXİ-na 10.03.2020-ci il tarixində saat 13.30-da ağır vəziyyətdə daxil olmuş və “Hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilmiş və müalicə təyin edilmişdir. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 20.30-da bioloji ölüm qeyd olunmuşdur. Ölümün səbəbi: “Kəskin ağciyər-ürək çatmamazlığı. İki tərəfli pnevmoniya, ağır gedişli”.

 

2. Xəstə ... qızı 1999-cu il təv. ETACXİ-na 06.03.2020-ci il tarixində saat 15.20-da Kürdəmir RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olmuş və “Ağciyər vərəmi. Şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilmiş və müalicə təyin edilmişdir. Vəziyyəti pisləşdiyindən 10.03.2020-ci il tarixində saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülmüşdür. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 21.05-də bioloji ölüm qeyd olunmuşdur. Ölümün səbəbi: “Kəskin ağciyər-ürək çatmamazlığı. Ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə. Şəkərli diabet I tip, ağır forma”. Bütün ölüm hadisələri haqqında ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılır".

Tarix: 11 Mart 2020, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin