BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha bir gömrük generalı həbs edildi

Gömrük xidmətinin daha bir generalı həbs edilib.

 

Pravda.az Gundelik-baku.com-a istinadən xəbər verir ki, gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu keçirilən xüsusi əməliyyat nəticəsində həbs olunub.

 

Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də anadan olub.

 

9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.

 

29.05.2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Araşdırmamız davam edir.

Tarix: 14 İyul 2022, 23:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin