BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda Kürdə bir nəfər batdı

Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər batıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Tarix: 14 İyul 2022, 23:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin