BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kubinka”da gənc oğlan bıçaqlandı

Bakının Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

 

Hadisə “Kubinka” kimi tanınan ərazidə baş verib.

 

Belə ki, 2000-ci il təvəllüdlü İslamov Murad İlqar oğlu tanışı ilə söyüş üstündə dava edib.

 

Dava zamanı M.İslamov bədənin müxtəlif sahələrindən kəsilmiş-deşilmiş xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

 

Lent.az

Tarix: 15 İyul 2022, 03:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin