BURADA REKLAMINIZ OLA
BİLƏR

Dörd uşaq anası Günayın intiharının TƏFƏRRÜATI

Ağcabədi rayonunda 27 yaşlı Günay Quliyevanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Pravda.az-ın xəbərinə görə, G.Quliyevanın dayısı bildirib ki, mərhumun başında iki deşik açılıb, bədəni də döyülməkdən gömgöy olub.

 

Onun sözlərinə görə, ailə əvvəldən problemli olub: “Günay dəfələrlə qayınatası və həyat yoldaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. O, ölümündən 3-4 gün əvvəl atasıgildə olub. Xəstələnmişdi, ata evində müalicə alırdı. Deyilənlərə görə, evinə qayıdandan sonra özünü asıb. Ora qayıdandan sonra aralarında nə söz-söhbət olub, bilmirik”.

 

Qeyd edək ki, G.Quliyeva dörd uşaq anası olub. Onun ən kiçik övladı yeddi ay əvvəl dünyaya gəlib. Publika.az

Tarix: 11 Mart 2020, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin