BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin konteynerində yanğın olub

Bakı şəhərinin Xətai rayonunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin ərazisində ümumi sahəsi 12 m² olan istifadəyə yararsız konteyner, içərisində olan əşyalar, 2 p.m elektrik kabeli və ətrafda 30 m² sahədə məişət tullantıları yanıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Tarix: 15 İyul 2022, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin