BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücülərin DİQQƏTİNƏ: Aİ 95 markalı benzin ala bilməyənlər bunu etsin - VİDEO

Aİ 95 markalı benzinin bahalaşmasından sonra yəqin ki bu benzindən istifadə edən bəzi sürücülər qənaət yolları axtaracaq. Bu üsullardan biri də yanacağa müxtəlif qatqıların əlavə olunmasıdır. Belə ki, həmin maddələr 92 markalı benzinin tərkibinə qatılmaqla mühərrikin işini bir qədər asanlaşdırır.

 

Ancaq bu maddələrdən də hər kəs istifadə etmir. Çünki bəzi sürücülər satışda belə qatqıların olduğundan xəbərsizdilər.

 

Avtomobil ustası  İlham Ağayev deyir ki, benzinin tərkibinəbelə maddələrin əlavə edilməsinin avtomobil üçün zərəri yoxdur.Amma bu qatqı normadan artıq olmamalıdır.

 

İlham Ağayev bildirir ki, qatqılar həm mühərrikin işini sürətləndirir, həm də avtomobilin digər hissələrinin daha yaxşı işləməsinə şərait yaradır.

 

Ustanın sözlərinə görə, qatqı əlavə edilmiş Aİ-92 markalı yanacaqkeyfiyyətinə görə 95-dən elə də çox fərqlənmir.

 

Tarix: 15 İyul 2022, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin