BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN "Sədərək"dəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNDİ

FHN-in 112 "Qaynar" telefon xəttinə "Sədərək" Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlunat daxil olub.

 

Nazirlikdən verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində qısa vaxtda yanğın söndürülüb və mağazalara keçməsinin qarşısı alınıb.

 

İlkin məlumata əsasən yanğın nəticəsində ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb.

 

Mağazalar yanğından mühafizə olunub.

 

***

16:26

 

“Sədərək” Ticarət Mərkəzində güclü yanğın baş verib.

 

TM-nin damı alışıb.

 

Hadisə yerindən aldığımız görüntülərdə yanğının mülki şəxslər tərəfindən söndürülməsi cəhdləri əks olunub. 

 

Tarix: 16 İyul 2022, 20:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin