BURADA REKLAMINIZ OLA
BİLƏR

Həlak olan 1 polisin meyiti tapıldı - YENİLƏNDİ - 2

"Fiat" markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.

 

Pravda.az-ın xəbərinə görə, meyit adiyyatı üzrə təhvil verilib.

 

***

11:59

 

Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

 

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

 

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

 

***

11:30

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.

 

FHN-dən verilən məlumata görə, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Tarix: 17 İyul 2022, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin