BURADA REKLAMINIZ OLA
BİLƏR

Boğazında şokolad kağızı qalan 5 yaşlı uşaq ölüb - Şəhid övladıdır

 

Gəncədə bədbəxt hadisə baş verib.

 

2017-ci il təvəllüdlü H.Cəfərli ötən axşam şokolad kağızının boğazında qalması şübhəsi ilə xəstəxanaya gətirilib. Müayinə zamanı azyaşlının nəfəs borusuna yad cisim düşməsi nəticəsində öldüyü müəyyən olunub.

 

Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 18 İyul 2022, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin