BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 19 yaşlı oğlan qızın şəkillərindən istifadə edərək başqalarından pul tələb etdi

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

 

Daxili İşlər Nazirliyindən Pravda.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Tarix: 18 İyul 2022, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin