BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazov Zeynalovu yüksək vəzifəyə təyin etdi

Daxili İşlər Orqanlarında növbəti təyinat baş tutub.

 

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Elnur Zeynalov Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin edilib.

 

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı Canəli Nuriyev bir müddət bundan əvvəl tutduğu vəzifəsindən azad olunaraq daha aşağı vəzifəyə, Suraxanı Rayon Polis İdarəsində müstəntiq vəzifəsinə təyin edilib.(Manset.az)

Tarix: 18 İyul 2022, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin