BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah 43 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 23-27° isti, gündüz 31-36° isti, Bakıda gecə 25-27° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.

Tarix: 18 İyul 2022, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin