BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda əhaliyə çağırış: Maska taxın - VİDEO

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı həyəcan təbili çalır. Dünyanın bəlası olan  koronavirus yenidən əhatə dairəsini genişləndirməyə başlayıb. Ölkəmizdə də vəziyyət əvvəlki aylarla müqayisədə ürəkaçan deyil. Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara çağırış edib.

 

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vətəndaşlara müraciət edib. Səhiyyə nazirlyinin şöbə müdiri Pərviz Abubəkirov "XəzərXəbər"ə bildirib ki, ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlobal olaraq koronavirus infeksiyasına yoluxma halları artmaqdadır.

 

Şöbə müdiri qeyd edib ki, vəziyyətə uyğun tədbirlər addımlar atıla bilər. Vətəndaşlar da indiki durumdan narahat olmağa başlayıb.

 

Yalnız qoruyucu tədbirlərə əməl etməklə həm özümüzü, həm də yaxınlarımızı COVİD-19 bəlasından qoruya bilərik.

 

Tarix: 19 İyul 2022, 06:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin