BURADA REKLAMINIZ OLA
BİLƏR

Özünü binadan atan qadın və azyaşlı övladının vəziyyəti açıqlandı

Bakının Yasamal rayonunda özünü binadan atan qadın və azyaşlı övladının vəziyyəti açıqlanıb.

 

TƏBİB-dən verilən məlumata görə, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

 

Digər azyaşlı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib.

 

Xatırladaq ki, Yasamal rayonunda Sosial evlər 2 bina 28 ünvanında 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları - 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb. Hadisə nəticəsində 1 yaşlı Sara Abbasova ölüb. Ana və onun iki yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.

Tarix: 19 İyul 2022, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin