BURADA REKLAMINIZ OLA
BİLƏR

"Brand Credit"in avtomobili oğurlandı

Bakıda avtomobil oğurlanıb.

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında qeydə alınıb. Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Hüseynov Vaqif Arif oğlunun idarə etdiyi "Brand Credit" kredit təşkilatına məxsus "VAZ 21144" markalı, 90 AA 150 dövlət nömrə nişanlı avtomobil oğurlanıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil paytaxtın Qaradağ rayonu ərazisindəki "Binə" Ticarət Mərkəzinin qarşısında tapılıb. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 12 Mart 2020, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin