BURADA REKLAMINIZ OLA
BİLƏR

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların adları açıqlanıb - SİYAHI

Xəbər verdiyimiz kimi, Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 69-a qədər artırılıb.

 

Agentlikdən verilən məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

 

Vətəndaş göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.

 

Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/) yerləşdirilib. Qeyd edək ki, özəl tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

 

1. Bakı Sağlamlıq Mərkəzi

 

2. Mərkəzi Klinik Xəstəxana

 

3. Caspian International Hospital

 

4. Respublika Diaqnostika Mərkəzi

 

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

 

6. Gəncə Beynəlxalq Xəstəxanası

 

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

 

8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

 

9. Zəfəran hospital

 

10. EGE Hospital

 

11. Sumqayıt Hospital

 

12. Avrasiya Hospital

 

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

 

14. Leyla Medical Center

 

15. Badam Medical Center

 

16. Lor Hospital

 

17. Məlhəm Beynəlxalq Hospital

 

18. “OKİ” Hospital (Qusar rayonu)

 

19. Oksigen Klinik Xəstəxanası

 

20. Diaqnoz Tibb Mərkəzi

 

21. Baku City Hospital

 

22. Mediland Hospital

 

23. Medera Hospital

 

24. Stimul Hospital

 

25. Medistyle Hospital

 

26. Batıgöz Medical Plaza

 

27. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası

 

28. İstanbul NS klinikası

 

29. Olimp Hospital

 

30. Kəpəz Hospital

 

31.Salam Doktor

 

32. Bioloji Təbabət Klinikası (Masallı rayonu)

 

33. Real Hospital

 

34. Turan Hospital

 

35. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Mərkəzi filial)

 

36. Dünyagöz

 

37. Regional Hospital (Mingəçevir şəhəri)

 

38. Səhhət Azərbaycan-Almaniya Klinikası

 

39. Spero Hospital (Dobromed)

 

40. Milan Hospital

 

41. Referans Qəbələ Tibb Mərkəzi

 

42. Celamig Göz Klinikası

 

43. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Əhmədli filialı)

 

44. Funda Hospital

 

45. Fonus Eşitmə Mərkəzi

 

46. Bona Dea Beynəlxalq Hospital

 

47. Unikal Klinika (Sumqayıt şəhəri)

 

48. İstanbul Klinika

 

49. Liman Klinika (Sumqayıt şəhəri)

 

50. Briz-L Göz Klinikası

 

51. MasMedical Center Referans (Masallı rayonu)

 

52. Premium Clinic

 

53. Bakı Göz Klinikası

 

55. Asmed Klinikası

 

55. Amana Clinic

 

56. DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı

 

57. Modern Hospital

 

58. Xəzər Klinikası

 

59. Mərkəzi Gömrük Hospitalı

 

60. Tovuz Tibb Mərkəzi

 

61. Medican Hospital (Lənkəran rayonu)

 

62. İnci Laboratoriyaları

 

63. Sədəf Müalicə-Diaqnostika Mərkəzi

 

64. Memorial Klinik

 

65. N.Tusi adına Klinika

 

66. “Muğan Klinika” Tibbi Diaqnostika Mərkəzi (Sabirabad rayonu)

 

67. Loğman Klinika

 

68. National Prime Hospital

 

69. Sağlam Həyat (Gəncə şəhəri)

Tarix: 19 İyul 2022, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin