BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda müəmmalı olay: Xəstəxanalıq olanların sayı 200-ü ötdü - VİDEO

Son günlər Şəki Mərkəzi Xəstəxanasına rayonun Yeni Çələbixan qəsəbəsindən 66 nəfər zəhərlənmə əlamətləri ilə müraciət edib. Araşdırmalar zamanı məlum olub ki, qəsəbənin ambulator mərkəzi də başgicəllənmə, ürəkbulanma, ishal və halsızlıq kimi əlamətlərlə 3 gün ərzində 200-ə yaxın sakini qəbul edib. Bəs görəsən buna səbəb nədir ?

 

Baş giçəllənmə,ürəkbulanma ishal. Bu əlamətlərlə bir qəsəbədən 3 gün ərzində 200-ə yaxın sakin xəstəxanaya müraciət edib.

 

Söhbət Şəki rayonunun Yeni Çələbixan qəsəbəsindən gedir. Həkimlər ehtimal edirlər ki, sakinlərin özlərini pis hiss etmələrinə səbəb qida infeksiyasıdır.

 

Kənd sakinləri hansısa kütləvi məclisdə olmadıqlarını, mövsümi zəhərlənmələrə səbəb ola biləcək qidalar qəbul etmədiklərini deyirlər. Onlar infeksiyanın içməli sudan keçə biləcəyini ehtimal edirlər.

 

Məsələ ilə bağlı ''Azərsu'' ASC-NİN Şəki regional idarəsindən bildirilib ki, analizlərin götürülməsi üçün laboratoriyaya müraciət edilib.

 

Daxili İşlər Nazirliyinin məlumatına görə Polis, prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları həmin qəsəbədə olublar. Müvafiq nümunələr götürülüb və ekspertizaya təqdim edilib. Hazırda Şəki Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

 

Tarix: 20 İyul 2022, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin