BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB zəhərlənənlərlə bağlı məlumat yaydı - YENİLƏNDİ

Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

 

TƏBİB-dən verilən məlumata görə, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

 

"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".

 

***

12:20

 

Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.

 

Pravda.az-ın məlumatına görə, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.

 

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

İlkin ehtimala görə onlar qidadan zəhərlənib.

 

Fakt araşdırılır.

 

APA

Tarix: 20 İyul 2022, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin