BURADA REKLAMINIZ OLA
BİLƏR

Nabranda kütləvi zəhərlənmə ilə bağlı daha bir xəbər

Prokurorluq Nabranda istirahət mərkəzində 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama verib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir:

 

Vəziyyətləri normal qiymətləndirilir.

 

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

 

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

Tarix: 20 İyul 2022, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin