BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Rəfiyevin ölkədən çıxışına “stop” qoyuldu

Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub.

 

Pravda.az-ın məlumatına görə, bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.

 

Məlum olub ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.

 

Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqətti məhdudlaşdırılıb.

 

Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən teatrın direktorudur.

 

Qafqazinfo

Tarix: 20 İyul 2022, 14:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin