BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN-dən Milli Şuranın keçirdiyi piketlə bağlı açıqlama: Bir nəfər həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) Milli Şuranın üzvlərinin Nazirlər Kabinetinin inzibati binasının qarşısında keçirdiyi piketlə bağlı mətbuatın sorğusuna cavab verib.

 

Pravda.az-ın xəbərinə görə, DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərmişdir. O, saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilmişdir.

Tarix: 20 İyul 2022, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin