BURADA REKLAMINIZ OLA
BİLƏR

Əsgələrimiz Qarabağa silah daşıyan Rusiya sülhməramlılarının avtomobillərini saxladı

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

 

Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

 

Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib.

 

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

 

Trend

Tarix: 20 İyul 2022, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin