BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ferentsvaroş" evdə uduzdu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

 

Son oyun günündə 5 qarşılaşma baş tutub.

 

"Qarabağ"ın növbəti raunddakı potensial rəqiblərindən olan "Ferentsvaroş" Macarıstanda Slovakiyanın "Slovan" (Bratislava) kollektivini sınağa çəkib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı meydan sahibləri açsalar da, üstünlüklərini qoruyub saxlaya bilməyiblər.

 

Türkiyə təmsilçisi "Fənərbağça"da Polşada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.

 

HİK Finlandiyada Çexiyanın "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzub. "Makkabi" (Hayfa) isə İsraildə Yunanıstan "Olimpiakos"u ilə heç-heçə edib.

 

Nəhayət, günün sonuncu matçında Moldova "Şerif"i Sloveniyada "Maribor"la qolsuz sülhə razılaşıb.

 

Çempionlar Liqası

 

II təsnifat mərhələsi

 

İlk oyunlar

 

20:00. HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2

 

Qollar: Boyan Raduloviç, 50 - Tomaş Hori, 6 (pen.). Yan Kopits, 57

 

21:00. "Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) - 1:1

 

Qollar: Dolev Haziza, 90+2 - Filip Sinkernagel, 7

 

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) - 1:2

 

Qollar: Kristoffer Zakariassen, 70 - Quram Kaşiya, 81. Tiqran Barseqyan, 86

 

22:00. "Dynamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə) - 0:0

 

22:15. "Maribor" (Sloveniya) - "Şerif" (Moldova) - 0:0

 

Qeyd edək ki, bu mərhələnin cavab oyunları iyulun 26-sı və 27-də keçiriləcək.

 

Report

Tarix: 21 İyul 2022, 00:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin