BURADA REKLAMINIZ OLA
BİLƏR

Kriştianu Ronaldo karantinə alındı

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo karantinə alınıb.

 

Pravda.az-ın xəbərinə görə, 35 yaşlı futbolçu ölkəsi Portuqaliyada təcrid olunub.

 

Bu qərar superulduzda koronavirus şübhəsi olması ilə bağlı verilib. Ronaldo doğulduğu şəhər Madeyrada tibbi testlərdən keçiriləcək. Bunun əsas səbəbi onun komanda yoldaşı Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkarlanmasıdır.

 

Qeyd edək ki, bacısının doğum günü ilə əlaqədar Portuqaliyaya gedən Kriştianu Ronaldo İtaliyadakı gərgin vəziyyətə görə, Turinə qayıtmaqdan imtina edib.ApaSport

Tarix: 12 Mart 2020, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin