BURADA REKLAMINIZ OLA
BİLƏR

Gülər Paşayevaya vəzifə verildi

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.


Pravda.az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.


O, tənzimləyici qurumun komandasına bu il iyunun 1-dən qoşulub və sədrin müşaviri vəzifəsində çalışıb.


Gülər Paşayeva daha əvvəl "Paşa Bank"da çalışıb. Orada kassir kimi fəaliyyətə başlayıb, departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. Bu il iyunun 1-dən isə Mərkəzi Banka keçib.



Tarix: 22 İyul 2022, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin