BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Beynəlxalq Media Forumunda üçüncü panel keçirildi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda "Azərbaycan mətbuatında Şuşa izi" adlı üçüncü panel keçirilib.

 

Pravda.az xəbər verir ki, paneldə Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, həmçinin Şuşanın qələm sahibi və qəzeti ətrafında fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin deputatı, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılovanın moderatorluğu ilə keçirilən üçüncü paneldə İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhy Abdulhamid Obada, "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Yeni Musavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu və "Azad Şuşa" saytının baş redaktoru, işğaldan əvvəl "Şuşa" qəzetinin baş redaktoru olmuş Kərim Kərimli çıxış ediblər.

Tarix: 22 İyul 2022, 17:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin