BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşada keçirilən Beynəlxalq Media Forumu başa çatdı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" adlı sonuncu - dördüncü panel keçirilib.


Pravda.az xəbər verir ki, paneldə Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.


ADA Universiteti nəzdində Siyasi tədqiqatlar və nəşrlər üzrə direktor Damjan Krnjevic Miskovicin moderatorluğu ilə keçirilən sonuncu paneldə AZƏRTAC-ın İdarə Heyəti sədri Aslan Aslanov, Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktorunun birinci müavini Dilşod Saidconov, Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və strateji planlaşdırma işçi qrupunun rəhbəri Rasim Bağırov, həmçinin CBC TV-nin baş direktoru Vüqar Xəlilov çıxış ediblər.


Bununla da forum başa çatıb.

Tarix: 22 İyul 2022, 18:34   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin