BURADA REKLAMINIZ OLA
BİLƏR

"Buta Airways"in təyyarəsi Həştərxandan Bakıya niyə qayıtdı?

“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.


Bu barədə Pravda.az-a aviaşirkətin Mətbuat xidmətindən bildirilib.


Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.


Qeyd edilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.

Tarix: 24 İyul 2022, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin