BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda elektrik enerjisi ilə bağlı əhaliyə YENİ XƏBƏR - VİDEO

Azərbaycan elektrik enerjisi istehsalında 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı hədəfləyir. Ekspertlər bildirir ki, bərpa olunan enerji ilə bağlı cəlb edilən irihəcmli investisiyalar bu hədəfə çatmağa imkan verəcək.


Azərbaycanda elektrik enerjisində bərpa olunan enerji mənbələri 2026-cı ilə qədər 24 faizə çatdırılacaq. Bu, dövlət başçısının təsdiqlədiyi 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında qeyd olunub.


"Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 2030-cu ilədək 30% hədəfinə uyğun olaraq 2026-cı ilədək 24%-ə çatdırılacaq" - deyə sənəddə bildirilir. Mütəxəssislər bildirir ki, bu Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadəsini genişləndirməklə yanaşı həm də ekoloji təmiz olan enerjinin ümumi enerji portfelində payını da artıracaq. Bu prosesdə xarici şirkətlərlə bağlanan müqavilələr önəmli rola sahibdir. İqtisadçı-ekspert Elşad Məmmədov bildirir ki, gələcək layihələr göstərir ki, elektrik enerjisi istehsalı artan xətlə gedəcək və burda bərpa olunan enerjinin payının genişlənməsi önəmlidir.


Ekspertlərin fikrincə azad olunmuş ərazilər də bərpa olunan enerji mənbələrinin genişləndirilməsində böyük önəmə sahibdir. Məhz bu ərazilərdə yeni alternativ enerji infrastrukturunun qurulması Qarabağ və Şərqi Zəngəzurun ekoloji təmiz enerji ilə təmin edilməsinin əsasını təşkil edir. 


Onu da qeyd edək ki, sənəddə 2022-2026-cı illərdə energetika sektorunda tənzimləmə mühitinin təkmilləşdirilməsi və liberal bazar prinsiplərinin tətbiqi də nəzərdə tutulub.  


Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliyinin Masdar şirkəti ilə Azərbaycan arasında dəyəri 230 milyon dollar olan 4 müqavilə imzalanıb. Bu müqavilələrdə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı işğaldan azad edilən ərazilərdə də günəş və külək enerjisinin əldə edilməsi barədə razılığa gəlinib. Bu müqavilə Azərbaycanda alternativ enerji sahəsinə edilən ən böyük həcmli investisiya hesab olunur.

 



Tarix: 24 İyul 2022, 23:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin