BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfər Mehdiyevin daha bir yaxın adamı vəzifəsindən azad edildi - FOTO

Dövlət Gömrük Komitəsinin İnsan Resursları idarəsinin rəisi, gömrük xidməti polkovniki Fərhad Babayev vəzifəsindən kənarlaşdırılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə TİA.Az-ın əldə etdiyi məlumatda qeyd olunur. O, 2018-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

 

Elə həmin il Səfər Mehdiyevin komitə sədri təyin olunması F.Babayev üçün karyera pillələrində irəliləmək üçün yeni şans qazandırıb.

 

Buna səbəb kimi F.Babayevlə keçmiş komitə sədri S.Mehdiyevin tələbə yoldaşı olmalarıdır. Komitə sədri vəzifəsini itirən S.Mehdiyevin ardınca tələbə yoldaşı da işini itirib. Məlumata görə, onun yerinə Nərgiz Məmmədova təyin olunub. O, S.Mehdiyev komitə sədri olana qədər sözügedən idarənin rəisi idi. Lakin Mehdiyev Məmmədovanı kənarlaşdıraraq yerinə tələbə yoldaşı Babayevi təyin etmişdi. Şahin Bağırovun gömrükdə 1-ci müavin təyin olunmasından çox keçməmiş N.Məmmədova yenidən köhnə işinə qaytarılıb.

Fotoları təqdim edirik
Tarix: 25 İyul 2022, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin