BURADA REKLAMINIZ OLA
BİLƏR

Lotu Qulinin varisi kimi tanınan kriminal avtoritet tutuldu

Rusiyanın Kamçatka diyarında azərbaycanlı kriminal avtoritet Cəmşir Məmmədov saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, C.Məmmədov Lotu Qulinin varisi Namiq Səlifovun adamı kimi tanınır. "Brodyaqa" ləqəbli Məmmədov Ukraynada həbs həyatı yaşayıb.

 

2021-ci ilin sentyabrında isə Sankt-Peterburqa köçüb. Həmin vaxt o, xüsusi tapşırıq alıb. Namiq onu Kamçatkaya göndərərək yarımadada nəzarəti ələ keçirməyi tapşırıb.

 

Cəmşir Məmmədov 2021-ci ilin dekabrında Kamçatkaya gəlib və orada "qara kassa" yaradıb. Sahibkarları ona külli miqdarda pul verməyə məcbur edib.

 

Hazırda C. Məmmədov Kamçatkada təcridxanada saxlanılır.

 

Lent.az

Tarix: 25 İyul 2022, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin