BURADA REKLAMINIZ OLA
BİLƏR

Çempionlar Liqasının daha bir oyunu təxirə salındı

Çempionlar Liqasının daha bir oyunu təxirə salınıb.

Pravda.az-ın xəbərinə görə, 1/8 final mərhələsinin gələn həftə keçirilməli olan “Yuventus” (İtaliya) – “Lion” (Fransa) qarşılaşması keçirilməyəcək.

Buna İtaliya təmsilçisinin futbolçusu Daniele Ruqanidə koronavirusun aşkarlanması səbəb olub. Bütün komanda karantinə alınıb. Bu üzdən də görüş qeyri-müəyyən müddətə təxirə düşüb.

Bu oyun martın 17-də keçirilməli idi. Bunadək “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) matçı da təxirə salınıb.

Qeyd edək ki, UEFA avrokuboklarla bağlı martın 17-də qərar verəcək. Turnirlərin koronavirus üzündən dayandırılacağı gözlənilir.Apasport.az

Tarix: 12 Mart 2020, 23:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin