BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən müharibəsi iştirakçısı itkin düşdü - FOTO

Vətən müharibəsi iştirakçısı Cavid Bədəlli itkin düşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə onun atası Rafiq Bədəlov bildirib.

 

Onun sözlərinə görə, iyulun 19-da oğlu evdən çıxıb və bir daha geri dönməyib:

 

“Oğlum Neftçala rayonunda qeydiyyatdadır. 44 günlük Vətən müharibəsində iştirak edib. Doqquz aydır ki, həyat yoldaşı ilə Abşeron rayonun Xırdalan şəhərində yaşayır. Evdə həyat yoldaşı ilə kiçik söz-söhbəti olub. Nəticədə oğlum evdən çıxıb, hələ də qayıtmayıb. Gedərkən heç bir sənəd götürməyib”.

 

Onu görənlərdən 050-497-44-42 mobil nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

 

Tarix: 25 İyul 2022, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin