BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Mumbay aviareysi açıla bilər

Azərbaycan və Hindistan arasında Bakı-Mumbay birbaşa aviareysinin açılması ilə bağlı danışıqlar aparılır.


Pravda.az xəbər verir ki, bu barədə iki ölkənin turizm imkanlarına həsr edilmiş B2B görüşündə bildirilib.


Xatırladaq ki, avqustun 9-dan "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq. Azərbaycan paytaxtından Yeni Dehliyə aviareys hər həftənin çərşənbə axşamı və cümə günləri, əks istiqamətdə isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Bu məsədə AZAL-ın tərəfdaşı Hindistanın “Zeal Global Group” şirkətidir.

Tarix: 26 İyul 2022, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin