BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan MN: Bir neçə hərbi qulluqçunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib.

 

Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq.

Tarix: 26 İyul 2022, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin