BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaçmazda kişi həyat yoldaşını, qayınanasını, baldızını, qaynını niyə bıçaqlayıb? - TƏFƏRRÜAT

Xaçmazda ana, 2 qızı və bir oğlu bıçaqlanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb, 2-sinin vəziyyəti orta ağırdır. Hadisə ilə bağlı cinayət işi başlanıb. Şübhəli şəxs qismində saxlanan isə elə ailənin kürəkənidir.

 

Bir ailənin 4 üzvü bıçaqlanaraq xəstəxanalıq olub. Ailənin kürəkəni şübhəli şəxs qismində saxlanıb.

 

Hadisə Xaçmazda Niyazoba kəndində baş verib. Rayon Prokurorluğundan verilən məlumata əsasən, aparılmış araşdırmalarla rayon sakini Niyaməddin Qədirovun qayınatasına məxsus evə gəlib arvadı Ülviyyə Qədirovaya, həmçinin sonuncunun anası, bacısı və qardaşına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Ailə üzvləri deyirlər ki, Niyaməddin Qədirov qəfil içəri daxil olaraq əlindəki bıçaqla onlara hücum edib.

 

Hadisə zamanı xəsarət alan şəxslərdən 25 yaşlı Elçin Nuriyev və 57 yaşlı Zəkiyyə Nuriyeva Xaçmaz rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardımdan sonra evə buraxılıblar. Digər iki yaralı - 32 yaşlı Ülviyyə Qədirova və 24 yaşlı Röya Nuriyevanın vəziyyəti orta-ağır olduğundan onlar palata şəraitində müalicələrini davam etdirirlər.

 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin "iki və ya daha çox şəxsi öldürməyə cəhd" maddəsi ilə cinayət işi başlanıb. Niyaməddin Qədirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Tarix: 26 İyul 2022, 23:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin