BURADA REKLAMINIZ OLA
BİLƏR

19 yaşlı qız sevgilisini bıçaqladı

Mingəçevirdə 19 yaşlı qız sevgilisini bıçaqlayıb.

 

Pravda.az xəbər verir ki, hadisə dünən qəbiristanlıq ərazisində baş verib. 2003-cü il təvəllüdlü T.E. sevgilisi N.Şəvəndiyevin qarın boşluğuna bıçaqla xəsarət yetirib.

 

İlkin məlumata görə, onlar sosial şəbəkədə tanış olublar. Münasibətlərində problem yaranıb və qız məsələni aydınlaşdırmaq üçün N.Şəvəndiyevlə qəbiristanlığa çağırıb. Mübahisə zamanı T.E. üzərindəki bıçaqla oğlanı yaralayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qafqazinfo

Tarix: 27 İyul 2022, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin