BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusdan ölənlərin sayı açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı yayıb.

 

Pravda.az-ın xəbərinə görə, martın 13-ə olan məlumata əsasən, 127 ölkədə virusa yoluxma halı qeydə alınıb.

 

Ümumi yoluxanların sayı 134 768, yeni yoluxanların sayı 102 nəfərdir.

 

Bildirilib ki, indiyədək xəstəlikdən ölənlərin sayı 4083 nəfərdir. Onlardan 8-i yeni ölüm faktıdır. Koronavirusa yoluxanlardan 70 387 nəfər sağalıb ki, onlardan 1300 nəfəri yeni sağalanlardır.

Tarix: 13 Mart 2020, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin