BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəfiqə Hüseynzadəyə tapşırılan idarənin borcu artdı - 1 "Bugatti", 3 "Tesla", 4 "Lamborghini" və 5 "Ferrari"nin pulu

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin SOCAR Ekologiya İdarəsinin dövlətə vergi  borcu daha 1 milyon manat artıb.  

 

32gun.az-ın məlumatına görə, 1 ay bundan öncə  4 milyon manatdan çox (4040670.28 AZN)  borcu olan idarənin hazırki borcu 5 milyon manatdan çoxdur (5057366.24AZN).

 

Nizamnamə kapitalı 835 min 444 manat olan idarənin  qanuni təmsilçi Azər Əliyev Həsən oğludur.  Ancaq SOCAR Ekologiya İdarəsinin kuratoru Rəfiqə Hüseynzadədir.

 

Belə ki,  Rəfiqə Hüseynzadə  SOCAR-da ekologiya üzrə vitse-prezidentdir.

 

Maraqlıdır Azərbaycanda ən yüksək gəlir yeri olan bu şirkətin idarəsinin  dövlətə borcu nədən yaranr?  Rəfiqə Hüseynzadə ona tapşırılan idarənin dövlətə olan borcunu niyə umursamır?

 

Xatırladaq ki, 32gun.az Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin SOCAR Ekologiya İdarəsinin dövlətə 4 milyon manatdan çox (4040670.28 AZN) vergi  borcu olması barədə məlumat vermişdi .

 

 

Tarix: 27 İyul 2022, 19:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin